AZAL Bakıdan Krasnoyarska müntəzəm reys açır

20:14 | 23.05.2014
AZAL Bakıdan Krasnoyarska müntəzəm reys açır

AZAL Bakıdan Krasnoyarska müntəzəm reys açır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu iyulun 4-dən Bakı-Krasnoyarsk-Bakı istiqamətində müntəzəm uçuşların icrasına başlayacaq.

ANN.Az-ın AZAL-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, aviareyslər cümə günləri həyata keçiriləcək.

Təyyarələr Bakıdan saat 05:45-də, Krasnoyarskdan isə 15:45-də (yerli vaxtla) havaya qalxacaq. Uçuşlar müasir və komfortlu "Boeing" tipli hava gəmiləri ilə həyata keçiriləcək.

Aviaşirkətin məlumatına görə, hər iki istiqamətə biletin dəyəri 540 manatı ötür.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür