Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2015-2016" hesabatını dərc edib.
"Report"un verdiyi xəbərə görə, Azərbaycan həmin hesabatda 140 ölkə arasında 40-cı yerdə qərarlaşıb.
Bildirək ki, hesabata əsasən, ilk üçlükdə İsveçrə, Sinqapur və ABŞ yer alıb.
Qeyd edək ki, "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015" hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı ölkələr arasında 38-ci yerdə qərarlaşıb və əvvəlki ilə nisbətən 1 pillə irəliləmişdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !