Azərbaycan Avropaya qaz ixracını 40% artırıb

10:12 | 01.06.2023
Azərbaycan Avropaya qaz ixracını 40% artırıb

Azərbaycan Avropaya qaz ixracını 40% artırıb

Azərbaycan Avropaya qaz ixracını 2023-cü ildə 40% artırıb. Bunu Avropa Komissiyasının enerji siyasəti üzrə şöbə müdiri Kristina Lobillo  Borerro bildirib. 
 
"Azərbaycan Avropaya qaz ixracını bu il 40% artırıb və Avropa ölkələrinin əsas tərəfdalarından birinə çevrilib", - Avropa Komissiyasının enerji siyasəti üzrə şöbə müdiri Kristina Lobillo  Borerro Bakı Energi Forumunun plenar sessiyasındakı çıxışında bildirib. 
 
Onun sözlərinə görə, Avropa Rusiyanın Ukraynaya  hücumundan qabaq ildə 150 milyard kubmetr qaza ehtiyacı var idisə indi bu rəqəm 70 milyard kubmetrə kimi azaldılıb. 
 
"Keçən il biz qaz anbarlarımızın 80%-i qədər qaz ehtiyatı yığa bilmişdiksə bu il bu rəqəmi 90%-ə kimi artırmağa nail olmuşuq. Bundan başqa ABŞ-dan maye qaz idxalını 21 milyard kubmetrdən 50 milyard kubmetrə kimi artırmağa nail olmuşuq",  -  Borero əlvə edib. 
 
Azərbaycandan Avroopaya qazixracına 2020-ci il yanvarın 31-dən başlanılıb. Avropaya qaz Transadriatlq qaz kəməri (TAP) vasitəsilə həyata keçirilir.
Azərbaycan hər il Avropaya 10 milyard kubmetr qaz ixrac etmək öhdəliyi götürsə də keçən il 11,3 milyard kubmetr qaz ixrac edib. Bu il Azərbaycan bu rəqəm 12 milyard kubmetrə kimi artırmaq niyyətundədir. 
 
Azərbaycan qazının əksər hissəsi İtaliyaya ixrac olunur. 
 
TAP illik gücü 10milyard kubmetr təşkil edir. Tərəflər onun gücünü 20 milyard kubmetrə kimi artırmaq barədə qərar qəbul ediblər. 
 
Ayişə Zahid

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM