• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırır - Əliyev

Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırır - Əliyev
14.03.2023 14:07
Azərbaycan artan tələbat səbəbindən enerji resurslarının Avropaya ixracı üçün qaz kəmərlərinin tutumunu iki dəfə artırmağı planlaşdırır. Bunu Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Berlində alman iş adamları ilə görüşündə deyib. 

"Avropada yeni mənbələrdən təbii qaza tələbat artır. Bu baxımdan biz TANAP və TAP boru kəmərlərinin ötürücülük qabiliyyətini iki dəfə - müvafiq olaraq 16 milyard kubmetrdən 32 milyard kubmetrə və 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmağı gözləyirik", - prezident bildirib.

Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra 10-dan çox Avropa ölkəsi qaz nəqlinə başlamaq və ya artırmaq xahişi ilə Bakıya üz tutub. "Bizim tədarüklərin coğrafiyası artıq kifayət qədər müxtəlifdir. Biz tərəfdaşlarımızın ehtiyaclarını ödəmək üçün hər şeyi edirik", - Əliyev əlavə edib.

31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb. 25 il müddətinə hesablanmış tədarüklər illik 10 milyard kubmetrdən çox ixracı nəzərdə tutur.
 
Azərbaycan və Aİ arasında 2022-ci il iyulun 18-də imzalanmış enerji sahəsində anlaşma və əməkdaşlıq memorandumuna əsasən, yaxın beş ildə qaz tədarükü iki dəfə - 20 milyard kubmetrə qədər artacaq. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentlər Şahbulaq qalasında olublar
Siyasət 22:44
Prezidentlər Şahbulaq qalasında olublar
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Siyasət 20:12
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Siyasət 18:13
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Siyasət 17:18
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Emi Karlon gələn həftə Bakıya gələcək
Siyasət 17:15
Emi Karlon gələn həftə Bakıya gələcək
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Siyasət 17:12
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Siyasət 14:54
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Səfir Azərbaycana dəstəyini ifadə edib
Siyasət 14:21
Səfir Azərbaycana dəstəyini ifadə edib
Prezident Xankəndində qəbul keçirib
Siyasət 14:12
Prezident Xankəndində qəbul keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol