İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı "Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalında Azərbaycan finala çıxıb.
İctimai Televiziyanın yaydığı məlumata görə, müsabiqənin 2-ci yarımfinalında 18 ölkənin təmsilçiləri yarışıb.
Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San-Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Polşa, Monteneqro, Belçika, İsveç, Rumıniya və Çexiya təmsilçiləri öz performanslarını nümayiş etdiriblər.
Azərbaycanı təmsil edən Nadir Rüstəmli "Fade To Black” adlı mahnı ilə çıxış edib. Səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran Azərbaycan mayın 14-də keçiriləcək finalda mübarizə aparmağa haqq qazanıb.
Həmçinin, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya finala vəsiqə qazanıblar.
Mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !