Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR

00:30 | 01.08.2024
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR

Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR

Azərbaycanın 3x3 basketbol millisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarının növbəti günündə mübarizə aparıb.

Azərbaycanı ilk dəfə komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol yığması ikinci matçına çıxıb.

Komanda II turda ABŞ yığması ilə görüşüb. 20:17 hesabı ilə qalib gələn qızlar tarixi qələbəyə imza atıb. Seçmə III və IV turda Fransa və Almaniya milliləri ilə qarşılaşacaq. Hər iki oyun bu gün gerçəkləşəcək.
 
Alexandra Mollenhauer cavab haqqın.az müxbirinə bildirib ki,  "bir il əvvəl Şuşada keçirilən FİBA Qadınlar Seriyasında ilk turnirimizi necə qazandığımızı bu gün xatırlayırdıq.
 
"Bir ildən sonra Şuşadən Parisə getdik və bu gün ABŞ komandasına qalib gəldik”,  - Mollenhauer bildirib.

Azərbaycan millisinin ən məhsuldar oyunçusu amerikalılarla görüşdə 11 xal toplayan Tiffani Hayes olub. Vaxtı ilə NBA-da oynayan Hayes hələ 2015-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib. 34 yaşlı amerikalı vurğulayır ki, "dincəlmək olmaz - hələ qarşıda ilkin mərhələnin beş çətin oyunu var".
 


"Bunlar fərqli oyunlar olacaq. Bütün matçlar çətin keçir. Biz sona qədər mübarizə aparacağıq. Deyə bilmərəm ki, ABŞ yığması ilə matç mənim üçün prinsipial əhəmiyyət kəsb edirdi. 1-ci raundda uduzduqdan sonra qalib gəlmək bizim üçün çox vacib idi”, -  Tiffani bildirib.

Azərbaycanlı basketbolçular amerikalılarla matçın hansı məqamında qalib gələ biləcəklərinə inanırdı? sualına cavabda  "son fit çalanda" -  Dina və Alexandra bir səslə gülərək cavab verib. 
 


"Əslində biz bu səhər yuxudan duranda və dünənki məğlubiyyəti unutduq və onda qələbəmizə inandıq. Sabah isə bugünkü uğurumuzu unutmalıyıq. Çalışacağıq ki, sabah komanda şəklində oynayaq və sürətimizi aşağı salmayaq. Mən arenada və televizorların qarşısında bizi alqışlayanların hamısını bir yerə yığıb onları qucaqlamaq istəyirəm! Turnir bitdikdən sonra bunu etməkdən məmnun olarıq (gülür). Çox sağ olun, hər kəs! Bizi alqışlamağa davam edin!",  -  Ulyanova bildirib. 

Xalidə Əliyeva


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür