15
sentyabr 2020-ci ildə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin
Baş ofisində Bankın səhmdarlarının ümumi yığıncağı təşkil edilib. COVİD-19 pandemiyasının
yaratdığı məhdudiyyətləri nəzərə alaraq iclas materialları ilə tanışlıq və səhmdarların
səsverməsi qiyabi formatda keçirilib.
Yığıncaqda
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və
Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2019-cu il üzrə maliyyə hesabatı təsdiqlənib.
Qeyd edək ki, son illərdə həyata keçirilən tədbirlər nəticəsində Bankın kapital
mövqeyi, maliyyə dayanıqlılığı, mənfəətliliyi təmin edilib.
Azərbaycan Beynəlxalq
Bankının 2019-cu ildə qazandığı mənfəət 2018-ci ildə olduğu kimi ötən il üzrə də
səhmdarlara dividend ödəməyə imkan verir. Beləliklə, yığıncaqda 2019-cu ilin
maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə
baxılıb. Hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin mənfəətindən
150 milyon manat dividendin ödənilməsi qərara alınıb.
Bununla
yanaşı, səhmdarlar qiyabi səsvermə əsasında Bankın Nizamnaməsini yeni
redaksiyada təsdiqləyiblər. Təqdim edilən materiallarda səhmdarlara Bankın
missiya və strateji baxışı barədə də məlumat verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !