Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit!

Azərbaycan Beynəlxalq Bankı TamKart arzusunda olan
hər bir müştəriyə indi bu kartı pulsuz əldə etmək imkanı yaradıb. Bankın iyulun
sonuna qədər elan etdiyi kampaniya çərçivəsində hər bir müştəri TamKart Visa
Classic və TamKart Mastercard Standard kartlarını heç bir xidmət haqqı ödəmədən
ala bilər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq
Bankının məhsul və xidmətləri barədə məlumatları Bankın 37 filial və 39 şöbəsindən,
www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
"Facebook” səhifəsindən əldə etmək olar.
www.anews.az
TamKart eyni vaxtda həm debet, həm də kredit kartı
funksiyasını özündə birləşdirən faydalı bir kartdır. Bu kart müştərilərə bankla
tərəfdaş məkanlarda hissə-hissə ödəniş və kəşbək imkanları yaradır. Üstəlik, Azərbaycan
Beynəlxalq Bankının ATM-lərində TamKartla nağdlaşdırmaya görə heç bir komissiya
haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək və
kartı onlayn sifariş vermək olar.
Azərbaycan Beynəlxalq Bankının keçirdiyi
kampaniyanın imkanları bununla bitmir. Kampaniya ərzində müştərilər nağd pul
kreditini də Bankdan 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan
faizlərlə əldə edə bilərlər. Kampaniyadan Azərbaycan Beynəlxalq Bankının hər
bir əməkhaqqı və pensiya kartı sahibi
faydalana bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər