Azərbaycan bu il "Şahdəniz"dən 190 mln. dollar qazanıb

17:49 | 09.07.2015
Azərbaycan bu il

Azərbaycan bu il "Şahdəniz"dən 190 mln. dollar qazanıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ilin yanvar-iyun ayları ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" layihələri üzrə gəlirlərini açılqlayıb.
 
"Report"un qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu ilin 6 ayında Fond "AÇG" yataqlar blokundan 3 721 mln. ABŞ dolları, "Şahdəniz" qaz yatağından isə 190 mln. dolları həcmində gəlir əldə edib.

Məlumata görə, 2001-ci ildən etibarən "AÇG" bloku üzrə əldə olunan ümumi gəlirlər 114,118 mlrd. ABŞ dolları, "Şahdəniz" yatağı üzrə əldə olunan ümumi gəlirlər isə 2007-ci ildən etibarən 2,310 mlrd. dollar olub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM