Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar beynəlxalq təşkilatlara etiraz bəyanatı ünvanlayıb.
Anews.az xəbər verir ki, bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Minsk qrupuna ünvanlanmış etiraz bəyanatında qeyd olunub ki, Azərbaycan ərazisini işğal edən və beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətməklə bir daha əsl niyyətini nümayiş etdirib: "Beləliklə, Ermənistanın beynəlxalq arenada dünya ictimaiyyətinə "sırıdığı” münaqişənin sülh yolu ilə həllini dəstəkləyən fikirlərinin riyakarlıqdan başqa bir şey olmadığı öz təsdiqini tapdı".
Bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində sülhə ən böyük təhdid olması, münaqişə və gərginlik yaradan, Qarabağla bağlı aqressiv davranan tərəf olduğu bir daha diqqətə çatdırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !