Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) efir məkanına nəzarət və monitorinq üzrə yeni mobil stansiyaları istismara verib.
Trend-ə İdarədən verilən məlumata görə, daşına bilən stansiyadakı RSFSV40 analizatoru 30-40 GHZ diapazonunda tezliklərə nəzarət etməyə və 30 MHz-dən 6 GHz-dək radioelektron vasitələrin (REV) yerini müəyyən etməyə qadirdir.
Daşına bilən stansiyalar tezliklərin qanunsuz istifadəsinin qarşısını almağa və REV-lərin işinə maneə törədən faktorları aradan qaldırmağa imkan yaradacaq.
Yaxın zamanlarda DRİ tərəfindən üç daşınan stansiya alınacaq və onlardan biri may ayında ölkəyə gətiriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !