Azərbaycan Ermənistanı ittiham edir

20:30 | 24.08.2023
Azərbaycan Ermənistanı  ittiham edir

Azərbaycan Ermənistanı ittiham edir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrəvanı Azərbaycanın Qarabağ bölgəsinə malların tədarükünü siyasiləşdirməkdə ittiham edərək, bu cür yanaşmanı qəbuledilməz adlandırıb.

"Ermənistan humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi marşrutlardan imtina edərək məsələni siyasiləşdirir. Humanitar yardımın siyasiləşdirilməsi yolverilməzdir”, -  Bayramov çərşənbə günü Bakıda Belçika Xarici İşlər Nazirliyinin rəhbəri ilə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, danışıqlar zamanı belçikalı həmkarının diqqətini BMT Təhlükəsizlik Şurasının iclasına, orada müzakirə olunanlara və söylənilənlərə cəlb edib.

Onun fikrincə, humanitar yardımı yalnız bir marşrutla qəbul etmək, digər alternativlərdən imtina etmək məsələni siyasiləşdirməkdən başqa bir şey deyil, 

"Azərbaycan bir deyil, bir neçə yoldan istifadə etməyi təklif edir”, - deyən Bayramov konstruktiv olmayan dialoqun vacibliyini qeyd edib.

Bayramov əlavə edib ki, Ermənistan Azərbaycanın sərhəddə Laçın keçid məntəqəsini yaratması və buna görə də hərbi-siyasi təxribatlara əl atması faktını qəbul edə bilməz.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM