Azərbaycan Ermənistanın sürətlə silahlanması barədə NATO-ya məlumat verib

15:45 | 10.07.2024
Azərbaycan Ermənistanın sürətlə silahlanması barədə NATO-ya məlumat verib

Azərbaycan Ermənistanın sürətlə silahlanması barədə NATO-ya məlumat verib

NATO sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Alyansın baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.


XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə olunub.

Azərbaycan ilə NATO arasında əməkdaşlığın əsasını qoyan "Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasında Bakının sədrliyini şərh edən nazir qeyd edib ki, Azərbaycanın COP29-da sədrliyi ölkənin qlobal çağırışlarla mübarizə sahəsində fəaliyyətinin daha bir parlaq nümunəsidir.

Münaqişədən sonrakı dövrdə regionda mövcud təhlükəsizlik vəziyyətindən danışan Bayramov "Ermənistandan mülki əhaliyə mina təhlükəsinin hələ də davam etdiyinə, Ermənistanın sürətlə silahlanmasına” diqqət çəkib.

Qeyd olunub ki, Azərbaycan "Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi regionda sülh və sabitliyin bərqərar olmasında maraqlıdır”.

Nazir vurğulayıb ki, sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair iddialar var.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti