Azərbaycan ət ixracını dayandırdı

17:15 | 03.07.2015
Azərbaycan ət ixracını dayandırdı

Azərbaycan ət ixracını dayandırdı

Cari ilin yanvar-may ayları ərzində Azərbaycana 9 231,7 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri idxal olunub.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu məhsullar əsasən Hindistan, Ukrayna, ABŞ, Braziliya, Almaniya, İspaniya, Kanada, Danimarka, Moldova, Avstraliya və digər ölkələrdən gətirilib.

Statistikaya əsasən, hesabat dövründə ət və qida üçün yararlı ət əlavələrinin ixracı isə həyata keçirilməyib. Bildirək ki, 2014-cü ildə həmin məhsulların dəyəri 172,5 min dolları olmaqla Çin və Tailanda ixrac olunub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan 133 ölkə ilə 9 350 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% azalma müşahidə edilib. İdxal illik müqayisədə 15,9% artaraq 4 067,8 mln. dollar, ixrac 44,3% azalaraq 5 282,2 mln. dollar təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM