Azərbaycan filmi 42-ci Belqrad Beynəlxalq Kinofestivalında

20:42 | 24.01.2014
Azərbaycan filmi 42-ci Belqrad Beynəlxalq Kinofestivalında

Azərbaycan filmi 42-ci Belqrad Beynəlxalq Kinofestivalında

Şamil Əliyevin "Çölçü" filmi Serbiyada keçirilən 42-ci Belqrad Beynəlxalq Kinofestivalının (Fest 42) "Eorope out Europe" müsabiqə proqramında iştirak edəcək.Trend-in məlumatına görə, festival fevralın 28-dən martın 9-dək keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib."Çölçü" filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur...Qeyd edək ki, "Çölçü" bədii filmi indiyədək 16 beynəlxalq kinofestival və forumda iştirak ediib, müxtəlif mükafat və diplomlara, həmçinin 2013-cü ilin "Humay" Milli Mükafatına layiq görülüb. 86-cı "Oskar mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM