Rejissor Şamil Əliyev AzərTAc-a bildirib ki, festivalda Azərbaycanı “Çölçü” filmi (rejissor – Şamil Əliyev) və rejissor Fariz Əhmədovun “Əriyən ada” filmi təmsil edəcək.
“Çölçü” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilmişdir. Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyevdir.Rollarda Bəhrus Vaqifoğlu (gənc çölçü), Vidadi Həsənov (yaşlı çölçü) Cavidan Məmmədli (balaça çölçü), habelə Salome Demuria, Vüsal Mehrəliyev və başqaları çəkiliblər.
Filmin süjeti belədir: gənc çölçü şəhərlərdən uzaqda yaşayır, təbiətlə sıx ünsiyyətdə olur. Atası (Ulu) ona çöl həyatının bütün sirlərini öyrədir. Atasının ölümündən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu tanışlıq onun həyatında yeni səhifədir, böyük, tamamilə qeyri-məlum bir həyata atılan addımdır...“Əriyən ada” filmi də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.Filmin süjeti belədir: “Orada zaman dayanmışdır. Qaz əvəzinə odundan, elektrik əvəzinə şamdan istifadə edilir. Bu yerin sakinləri müasir rahat həyatdan xəbərdardırlar, öz həyat tərzlərini istənilən vaxt dəyişə bilərlər, amma bu yeri sevirlər. Onların gəncliyi, xatirələri bura ilə bağlıdır. Onlar bilərəkdən öz həyatlarını əriyən ada ilə birlikdə əridirlər.
Filmin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimovdur.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !