Fevralın 3-dən 9-dək Moskvada Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə folklorçuların III Ümumrusiya konqresi keçiriləcək.
AMEA-nın Folklor İnstitutunun mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil və mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy da bu konqresə dəvət olunublar.İnstitutun mətbuat xidmətindən AzərTAc-a verilən xəbərə görə ki, dünyanın bir sıra ölkələrindən folklorşünasların qatılacaqları mərasim üçün 400 alimin məruzəsi seçilərək konqresin proqramına daxil edilib.Proqramda Ağaverdi Xəlilin “Rus tarixi-filoloji məktəbi və Azərbaycan folklorşünaslığı”, Seyfəddin Rzasoyun “Azərbaycan eposu: tədqiqinin və müasir vəziyyətinin problemləri” mövzusunda məruzələri də əksini tapıb.Müvafiq konqres ilk dəfə 2006, ikincisi isə 2010-cu ildə keçirilib.Builki konqresdə “Folklor müasir informativ və mədəni məkanda” və “Folklorun tarixi və nəzəriyyəsi problemləri”, “Xalq bədii mədəniyyətinin öyrənilməsi və tədrisi problemləri” tematik bloklarında müvafiq mövzuların müzakirəsi nəzərdə tutulub.Konqres çərçivəsində, həmçinin folklorun və ənənəvi mədəniyyətin aktual problemlərinə dair “dəyirmi masa”ların, diskussiyaların, seminarların təşkili və məşhur xalq sənətkarlarının çıxışlarının dinlənilməsi planlaşdırılır.Konqres çərçivəsində Rusiya folklor kinosu festivalı keçiriləcək, folklor kollektivlərinin çıxışları olacaq, dekorativ-tətbiqi sənət əsərlərinin sərgisi, kitab yarmarkası və digər mədəni tədbirlər təşkil ediləcək.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !