Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Moskvada Qələbənin 70-ci ildönümünə həsr olunan paradda təntənəli keçid ediblər.
"Report" xəbər verir ki, Azərbaycan hərbçilərinə mayor Mehdi Mirələm oğlu Mahmudov başçılıq edib. Paradda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və xanım Mehriban Əliyeva Azərbaycan hərbçilərini salamlayıblar.
Azərbaycan hərbçiləri ilə yanaşı xarici dövlətlərdən Belarus, Qazaxıstan, Qırığızıstan, Hindistan, Monqolustan, Tacikstan, Serbiya, Çin və Ermənistan ordularının təmsilçiləri də qatılıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !