Rasim Əliyevin əziz xatirəsinə - FOTOLAR

09:24 | 17.09.2015
Rasim Əliyevin əziz xatirəsinə - FOTOLAR

Rasim Əliyevin əziz xatirəsinə - FOTOLAR

Mənim üçün "Rasim” demək arxayın olduğum etibarlı iş yoldaşı, çətin yolun yoldaşı, adamı sadəcə dinləyən yox, əsəbləşəndə də, sevinəndə də, kədərlənəndə də daim yanında özünü hiss etdirən İNSAN deməkdir. 
 
Çəkilişə gedəndə həmişə istəyirdim ki, bizi bir yerdə göndərsinlər. Bilirdim ki, Rasimlə yola çıxdımsa, çəkilişimiz uğurlu alınacaq. Rasim, ötən 40 gün ərzində hər adın anılanda, haqqında danışılanda işlədilən "rəhmətlik”, "Allah rəhmət eləsin” kimi ifadələri eşidib qulaqlarıma inanmıram. Ölən, həyatda olmayan həqiqətəndə sənsənmi? 

Bu gün çoxları onun jurnalist kimi qələmə verilməsindən çox narahat olurlar, amma jurnalist olmaq başqa nə cür olur ki? Onun imzası çəkdiyi fotolarda, hazırladığı video-süjetlərdə qalıb. Onun jurnalistlik etdiyi yüzlərlə fotolar var ki, əlində kamera çəkilişdən gəlir, yaxud mitinqlərdə polislərin təzyiqinə məruz qalır, redaksiyalarda iş yoldaşlarının əhatəsində olur. Hesab edirəm ki, kimsə Rasim Əliyev imzasını onun ölümünə qədər tanımayıbsa, bu Rasimin günahı olmayıb, bu Azərbaycan mediasına diqqətsizlik nümayiş etdirən vəkilin, deputatın etinasızlığıdır, ən azından...
 
Fərqanə Novruzova
 






















 
Yuxarıdakı bu fotolar Rasimin ailə albomundandır. Bu gün 40 mərasimini verdiyimiz, ad gününə 7 gün qalmış həyatla vidalaşan, tənqidi ifadəsinə görə ağır dərəcədə döyülən, səhlənkar həkimlərin günahı ucbatından vəfat edən Rasimin körpəlik fotolarıdır.

Rasimin anası Teyfurə xaladan onun uşaqlıq, məktəb illərinə aid fotolarını götürmək istədiyimi demişdim. O da gətirib ailə albomunu qarşıma qoymuşdu, hər şəkil haqqında ayrıca xatirələrini danışmışdı bizə... Bir anaya, bir ataya oğul iyi qoxan fotolardır bunlar.













 
2009-cu ildə, mənim ad günümdən çəkilmişdi bu fotolar... 
 


 
Bu foto isə elə həmin il avqustun 17-də  Novxanı bağlarından birində çəkilmişdi. Rasimin ad günü 16-da, digər keçmiş iş yoldaşımız  Rəsulun ad günü isə avqustun 17-də idi. Bu səbəbdən qərar gəlmişdik ki, iki ad gününü birləşdirib eyni vaxtda qeyd edək. Kollektiv də avqustun 17-də bir araya gəlmişdi.  


 
"Landmark”-da keçirilən tədbirlərdən biri...  


 
"Fəvvarələr Meydanı”nda müxalifətin keçirdiyi mitinqdəndir. 


 
RATİ-də keçirilən mətbuat konfranslarından birində.  


 
Rasim, mən və Mehman Hüseynov çəkilişə gedirdik. Fotonu taksidə çəkmişdim. Kamerada problem yaranmışdı, Rasim də həll elədi. Hər dəfə yardımımıza bu cür çatırdı…  


 
2013-cü il martın 10-da  "Əsgər ölümlərinə son!” aksiyasından  qayıdanda yolda çəkmişdim bu fotonu. Həmin aksiyada gözüm zədə almışdı, yolda gedə-gedə dedim ki, "Gəlin, sizin fotonuzu çəkim, amma bir gözlə çəkilən şəkil necə alınacaq, bilmirəm”. Rasim onda cavab verdi ki, "sən çəkirsənsə, alınacaq, çək, müəllimə”.  


 
Bu fotonu  da həmin "Əsgər ölümlərinə son!” aksiyasından yadigar qalmadır. İndi bu şəkli onun məzar daşına qoyulub… 


 
Bu isə "Park İnn”də keçirilən tədbirlərdən birindən xatirədir. 


 
Mərhum jurnalist, "Monitor” jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun qəbrinin ziyarəti zamanı…  






 
Müxalifətin "Məhsul” stadionunda keçirdiyi mitinqlərdən birində...  








 
Bu görüntülər ictimai fəal gənclərin Türkiyədə baş verən olaylara etiraz aksiyasındandır.  




 
2015-də Novruz bayramı zamanı od çərşənbəsi mərasimi zamanı çəkilib.  


 
Mitinqdəyik...  


 
 
 
İndi isə çəkilişdəyik... 


 
Yenə də mitinq... 


 
Hüquqşünas  İntiqam Əliyevin məhkəmə proseslərindən birindən dönərkən, paytaxt küçələrindən birində çəkmişdim.  
 

 























Bu fotolar isə ofisdə, kollektivdə çəkdiyim fotolardır. Rasim hər kəslə mehriban davranardı, tənqidi fikirlərini də zarafatla deyərdi, kimsənin ürəyinə dəymək istəməzdi...
  

Fərqanə Novruzova
Fotolar Rasim Əliyevin ailə albomundan və müəllifin arxivindən götürülüb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM