Azərbaycan hökuməti qənaətə başladı - AÇIQLAMA

23:43 | 15.12.2014
Azərbaycan hökuməti qənaətə başladı - AÇIQLAMA

Azərbaycan hökuməti qənaətə başladı - AÇIQLAMA

"Sıra vətəndaşların qənaət etməsindədir”.

2014-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 100 dollar nəzərdə tutulmasına və dünya bazarında neftin qiymətinin son azalmalarına baxmayaraq, bu ilin ilk 11 ayında neftin orta satış qiyməti 103,89 dollar olub ki, bu da büdcədə nəzərdə tutulan rəqəmdən yüksəkdir. 2014-cü ilin dekabr nəticələrində illik orta qiymətin 100 dollardan aşağı düşəcəyi istisna edilməsə də, ciddi fərqin olmayacağını proqnozlaşdırmaq çətin deyil.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

"Ancaq bu ilin dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında çətinlik olmasa belə, əsas maliyyə planında hökumətin müəyyən və yəqin ki, ciddi qənaətlərə gedəcəyi gözlənilir. Belə ki, dövlət büdcəsinin gəlirlər və xərclər hissəsinin 2014-cü ilin üçüncü rübünün icrasının yekunları göstərir ki, gəlirlərin formalaşmasında çətinlik müşahidə edilməsə də xərclər hissəsində ciddi qənaət müşahidə edilib. Sözügedən dövrdə dövlət büdcəsinin mədaxili 14,070 milyard manat, xərcləri 12,693 milyard manat olub, 1,377 milyard manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Sözügedən müddətdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 86,0 faiz və yaxud 1,269 milyard manat az icra olunub. Deməli, pul olmasına baxmayaraq, büdcə xərclərinə 14 faiz qənaət edilib”- deyə o bildirib.

Onun sözlərinə görə, artıq hökumət qənaətə başlayıb və sıra vətəndaşların qənaət etməsindədir.

Ekspertin fikrincə, büdcə gəlirlərində artıqlığa baxmayaraq, demək olar ki, bütün xərclər üzrə qənaət tətbiq edilib. 

"Bu, hökumətin neftin dünya bazar qiymətinin aşağı düşməsinə həm iqtisadi, həm də psixoloji baxımdan hazırlaşması ilə bağlıdır. Büdcə xərcləmələrin mövcud səviyyəsi ilə 2014-cü ilin yekununda dövlət büdcəsində proqnozlaşdırılan defisit əvəzinə profisitin qeydə alınacağı istisna edilmir. Bunun həm iqtisadiyyatın qənaət rejiminə uyğunlaşdırılması, həm də büdcə defisiti ilə əlavə borclanmağa getməməyə hesablandığı güman edilir. Bu, eyni zamanda, 2015-ci ilin dövlət büdcəsində profisitdən faydalanmaq imkanı deməkdir”, deyə o bildirib. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM