"Qələbə" və "20 Yanvar"a gedən yollarda istiqamət dəyişdi - XƏBƏRDARLIQ

19:23 | 26.12.2014

"Qələbə" və "20 Yanvar"a gedən yollarda istiqamət dəyişdi - XƏBƏRDARLIQ

Bakının "Qələbə" və "20 Yanvar" dairələrinə gedən yollarda hərəkətin istiqamətinə dəyişiklik edilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev "Trend"-ə deyib ki, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək məqsədilə Qələbə dairəsi, Həsən bəy Zərdabi küçəsindən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq Abdulvahab Salamzadə küçəsinə istiqamətləndirilib.

Eyni zamanda, Abdulvahab Salamzadə küçəsi köməkçi yolla Qələbə dairəsi istiqamətində hərəkət edən bütün nəqliyyat vasitələri 20 Yanvar dairəsi istiqamətində yönləndiriləcək.


ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM