Maşınlar nə qədər bahalaşacaq - Qiymətlər

20:27 | 01.01.2015
Maşınlar nə qədər bahalaşacaq - Qiymətlər

Maşınlar nə qədər bahalaşacaq - Qiymətlər

Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində, Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisi nəzərə çarpacaq dərəcədə artacaq, bu isə avtomobillərin son qiymətində özünü göstərəcək. 

ANN.Az Fins.az-a istindən xəbər verir ki, hesablamalarına görə, mühərrikin həcmindən asılı olaraq xaricdən gətirilən avtomobillər 100-manatdan tutmuş 13300 manata qədər bahalaşacaq.

Aksizlər nə qədər artacaq?
Xəbər verildiyi kimi Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2015-ci ildən etibarən xaricdən ölkəmizə gətirilən avtomobillərə görə tutulan aksiz dərəcələri artırılıb. Belə ki, mühərrikinini həcmi 2 min kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-300 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 10 manata qaldırılıb.

Avtomobillər nə qədər bahalaşacaq?
Beləliklə, yuxarıda göstərilən dəyişikliklərə uyğun olaraq ölkəyə gətirilən avtomobillər arasında mühərrikinin həcmi 2000 kubsantimetrə qədər olanlar maksimum 100 manata bahalaşacaq. Mühərrikinin həcmi 2000-3000 kubsantimetr olan avtomobillərin qiyməti minimum 100 manat, maksimum 600 manat artacaq.  Mühərriki 3000-4000 kubsantimetr olan avtomobillər isə minimum 600 manat, maksimum 2600 manat bahalaşacaq. Mühərrikinin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərin qiyməti minimum 2 600 manat, maksimum 6 600 manat artacaq. Mühərriki 5000 kubsantimetrdən artıq olan avtomobillər isə minimum 7300 manat bahalaşacaq.

Sonuncu gün açıqlanan dəyişiklik
Şübhə yoxdur ki, bu qərardan sonra nəinki xaricdən gətirilən avtomobillər, hətta hazırda ölkənin avtomobil bazarındakı maşınlar da bahalaşacaq. Eləcə də bu məlumatın əvvəlcədən yayılması xaricdən kütləvi şəkildə avtomobil gətirilməsi isə səbəb ola bilərdi. Görünür elə buna görə, hökumət aksiz dərəcələri ilə bağlı dəyişiklikləri yalnız ilin sonuna iki gün qalmış açıqladı.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM