Yanvarın 22-də Madriddə işə başlamış “FİTUR-2014” Beynəlxalq turizm sərgisində Ermənistana aid sahədə “Qarabağ” stendinin quraşdırılması ciddi narazılığa səbəb olub. Sərginin rəhbərliyi ilə Azərbaycan tərəfi arasında, Qarabağ barədə heç bir stendin qoyulmayacağı barədə əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq, həmin stendin quraşdırılması İspaniyada yaşayan azərbaycanlıların ciddi etirazına səbəb olub. Stendin quraşdırılmasına etiraz olaraq İspaniyada təhsil alan azərbaycanlı tələbələr səssiz aksiya keçirib. .Azərbaycanın İspaniyadakı səfirliyinin əməkdaşları stendlə bağlı etirazlarını sərgi rəhbərliyinə şifahi olaraq bildirmələrinə baxmayaraq, stend sökülməyib. Məsələ ilə bağlı Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev İspaniyanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. .Qeyd edək ki, ötən il keçirilmiş sərgidə Azərbaycan da iştirak etmişdi.//AzərTAc
Bizi sosial şəbəkələrdə izləyin !