Azərbaycan – İsrail: Gizli strateji əlaqələr

17:56 | 21.09.2015
Azərbaycan – İsrail: Gizli strateji əlaqələr

Azərbaycan – İsrail: Gizli strateji əlaqələr

Təhlükəsizlik əlaqələri "dərinləşir və genişlənir”

Bir müddət əvvəl Amerikan-yəhudi nəşri "The Jewish Press”də Azərbaycan və İsrailin təkcə iqtisadi sahədə deyil, strateji baxımdan müttəfiq olduqlarından bəhs edən məqalə yayımlanıb. Məqalənin müəllifi Mayan Kaffedir. 

Keçmiş sovet ölkələri arasında Azərbaycan İsrailin bir nömrəli iqtisadi tərəfdaşıdır. 

Müntəzəm olaraq mətbuatda Azərbaycan və İsrailin siyasi və iqtisadi əməkdaşlığından bəhs edən yazılar dərc edilir. Azərbaycanla illik 5 milyard dollarlıq ticarət İsrailin Fransayla ticatərindən daha çoxdur. 

Ancaq ölkələrin dərin və strateji təhlükəsizlik əlaqələrindən az bəhs olunub. 

"Biz Azərbaycanın İsraildən milyardla dollarlıq hərbi təchizat aldığını bilirik. Təhlükəzlik sahəsində işləyən məşhur şirkətlərin Azərbaycanda və Azərbaycan üçün layihələr həyata keçirdiyindən xəbərdarıq. Ölkələr arasında həmçinin yüksək səviyyədə, çox güclü və hərtərəfli təhükəslik əlaqələri mövcuddur”, - bu sözləri əslən Azərbaycandan olan israilli ixrac mütəxəssisi Arye Qut deyir. "Ancaq biz bu barədə çox danışmamışıq. Bu gizli saxlanılır. Sizin oxuduqlarınız əlaqələrin cəmi 1 faizidir. Qalan 99%-i siz görmürsünüz”. 

Bir neçə il əvvəl Bakıdakı ABŞ səfirliyində "Vikiliks” kanalına sızan məlumatda da Azərbaycan prezidenti İlham Əliyevin oxşar bəyanatı var: "Azərbaycan-İsrail ikitərəfli əlaqələri aysberq kimidir, böyük hissəsi görünmür”. 

Məlumatlar ortaya çıxmağa başlayır. Azərbaycan parlamentinin deputatı Asim Mollazadə "Jerusalem Post”a belə bir açıqlama verib: "Bizim regionumuzun çoxsaylı problemləri var. Azərbaycan və İsrail beynəlxalq terrora qarşı savaşır, təhlükəsizlik sahəsində, regionda sülh və sabitlik uğrunda əməkdaşlıq edir”.

O ölkələrin əlaqələrini "strateji” adlandırır, bu əlaqələr həm də modern texnologiyalar və informasiya mübadiləsiylə bağlıdır. 

İlk baxışda İsrail və Azərbaycan qəribə müttəfiqlər kimi görünürlər. Şiə müsəlmanların əksəriyyət təşkil etdiyi Azərbaycanın qonşularının bəziləri faktiki olaraq İsrailə düşmən elemenlərdir. Azərbaycan şimaldan Rusiya və Gürcüstanla, cənubdan İranla, Qərbdən isə Ermənistanla sərhəddir. Onun həmçinin Türkiyəylə kiçik sərhəddi də var. Son 5 ildə hər iki ölkə çalxantılı xarici siyasət mənzərəsində tez-tez özlərini demokratiya, bərabərlik və sülh məsələsində tək hiss ediblər və yanlış başa düşülüblər.
 
Qərbin ikili standartları 

Həm İsrail, həm də Azərbaycan son dövrlər tez-tez Qərb mediasının yersiz və haqsız tənqidləriylə üzləşiblər və həmçinin Ağ Evin soyuq duşuna məruz qalıblar. Buna baxmayaraq, İsrail Yaxın Şərqdə yeganə demokratiya olaraq qalmaqdadır, Ağ Ev isə Yəhudi dövlətiylə əlaqələrini soyutmaqda davam edir. 

ABŞ-İsrail arasındak ilk gərginlik prezident Barak Obamayla Baş nazir Benyamin Netenyahu arasındakı önəmsiz şəxsi konflikt nəticəsində ortaya çıxıb. Ancaq İranla nüvə sahəsində baş tutan sazişdən sonra gərginlik pik həddə çatıb. Netenyahu sazişi "ziyanlı müqavilə” adlandırsa da və İranın nüvə silahı yaratmaq iddialarından əl çəkməyəcəyini, əksinə İsrail dövlətini daim təhlükə yaradacağını bəyan etsə də, Obama işi həll etmək üçün Konqressi hədələyib. 

Asim Mollazadə deyir ki, oxşar münasibətlə son 5 ildə Azərbaycan da üzləşib, müntəzəm olaraq Azərbaycana ABŞ-da haqsız olaraq avtokratik, zorakı ölkə kimi  münasibət göstərilib. 

"Bizim ABŞ-ın dəstəyinə ehtiyacımız var və anlayış gözləyirik”, - o deyir. "Bəzən ABŞ-da siyasətçilər ya Erməni icmasına bağlıdırlar, ya da regionumuzda sülh və sabitliyin ABŞ üçün də vacib olduğunu dərk etmirlər”.

Azərbaycan yeganə müsəlman-çoxluq ölkədir ki daim və inadkarcasına demokratik dəyərlərə, qadın hüquqlarına və Qərbə bağlılığını göstərib. Bundan başqa İsrail nümunəsində İrana sərgilənən münasibətin oxşarının Azərbaycanın nümunəsində Ermənistana göstərilir. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etsə də, Qərbin ikili standartlar tətbiq etməsi Azərbaycan liderlərini xəyal qırıqlığına uğradıb. 

20 ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı işğal altında saxlayır, İşğalçı Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə həyata keçirməklə Azərbaycanın suverliyinə və ərazi bütövlüyünə qəsd edib. 

Dağlıq Qarabağ və işğal edilən digər 7 rayon tarixən Azərbaycana mənsub olublar və Beynəlxalq ictimaiyyət bu torpaqları Azərbaycan ərazisi kimi tanıyıblar. Bəli, bu torpaqlar 1992-dən bəri, 20 ildən çoxdur ki, Ermənistanın nəzarətindədir. Qanlı və zorakı münaqişə nəticəsində Azərbaycanın 20 faiz ərazisini işğal edib və Qafqaz regionunu uzun müddətli münaqişə ocağına sürükləyib. 

ABŞ Ukrayna nümunəsində beynəlxalq inteqrasiya prinsiplərini güclü şəkildə təbliğ etsə də, Ukraynanın şərqində rusiya meylli qüvvələrin separatçı aqressiyasına qarşı Kiyev hökumətini güclü şəkildə dəstəkləsə də, o, Qafqaz regionu nümunəsində bu işin öhdəsindən gələ bilməyib. Fakt odur ki, Ermənistan çoxdan bəri Rusiyanın orbitində olmasına rəğmən, ABŞ Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yumub, - Qut bildirir. 

"Düşmənimin dostu” düşüncəsinə sadiq qalmaqla və Ermənistanı Azərbaycandan üstün tutmaqla, Qərb öz maraqlarını təhlükəyə atır: bununla da Ermənistan öz işini davam etməkdə maneə görmür. Bilir ki, cəzalanmayacaq. 

May ayında "The Forward”da erməni əsilli israillinin İsrailə ABŞ kimi hərəkət etməyi, Azərbaycanın əksinə Ermənistanda dostlar axtarmağı məsləhət görən yazısına Qut gülməklə münasibət göstərir. 

"Yaxşı əlaqələr insan əsaslı olmaqla başlayır”, - Qut deyir. "Azərbaycanda hazırda 30 000 yəhudi yaşayır, 70 mini isə İsrailə köçüb. Ermənistandan qalsa-qalsa 100 yəhudi qalıb, onlar da ölkəni tərk etmək istəyirlər”. 

Qut davam edir: "İsrail – Azərbaycan körpüsünün möhkəm olmasına səbəb insanlardır. Ermənistanda danışa biləcəyimiz adam yoxdur”. 

Multi-kulturalizm

Qərb mədəniyyətindən kənarda Azərbaycan və İsrail yeganə  ölkələrdəndir ki, yəhudilər, müsəlmanlar və xristianlar yanbayan sülh və əminamanlıq içində yaşaya bilirlər. İsrail Demokratiya İnstitutunun sorğuları ümumi olaraq göstərir ki, demokratiya və din məsələsi israillilərin əksəriyyəti üçün bərabər məna daşıyır. 2012-dən bəri Azərbaycanda İsrailin səfiri kimi çalışan Rafael Harpaz deyir ki, Azərbaycan "total tolerantlığın” hökm sürdüyü ölkədir. 

"Post”a açıqlamasında Harpaz dedi ki, Azərbaycanda müsəlmanlar və yəhudilər qardaşdırlar: "Onlar bir-birlərinin bayramlarını təbrik edir və mədəni təcrübələrini bölüşürlər. Bu il Bakıda keçirilən ilk Avropa Oyunlarında İsrail tarixi ərzindəki ən böyük 142 nəfərlik idmançı və məşqçi nümayəndə heyətini Bakıya göndərmişdi. İsrail Filarmoniyası Azərbaycana gələndə hamıdan birinci çıxış edir. 

2015-in fevralında Los Anceles Sinai Məbədi Azərbaycanın Dağ Yəhudiləri icmasına ianə toplamışdı. Harpaz bildirir ki, ianə toplanışı mərasimində Azərbaycan Dini Məsələlərlə bağlı Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov; Azərbaycan parlamentində yəhudiləri təmsil edən deputat Yevda Abrahamov; Azərbaycan Dağ Yəhudiləri icmasının başqanı Milix Yevdayev; və Bakıdakı Dağ Yəhudiləri sinaqoqunun ravvini Avraam Takubov daxil olmaqla, Azərbaycandan 400 nəfər iştirak edirdi. 

Azərbaycan dünyadakı ilk yəhudi icmalarından birinin yarandığı yerlərdən biridir. 2015-ci ilin mayında "Jewish Journal” nəşrində Yevdayev yazır: 
"Yəhudilər olaraq biz əsrlərdir ki, hansısa təqib və diskriminasiya olmadan azad şəkildə azərbaycanlı bacı və qardaşlarımızla tamamilə harmoniya içində yaşarıq... Belə çətin dövrlərdə məni özümü mübarək insan kimi hiss edirəm”. 

Kamil Makili-Əliyev Azərbaycanın qeyri-yəhudi sakini Yevdayevin sözlərini az qalsın sözbəsöz təkrarladı. O, yəhudilərin Azərbaycan tarixində vacib rol oynamasından danışdı:

"Yəhudi icması uğur hekayəsidir”

Mollazadənin fikrincə, Azərbaycan – İsrail strateji əlaqələrində Yəhudi-Müsəlman-Xristian əməkdaşlığının böyük rol oynayır: 
"Avropada anti-semitizm artır. Qərb dünyasında İslamafobiya genişlənir. Azərbaycanla İsrail isə əməkdaşlıq edir. Biz etnik qrupların, xalqların, dini təriqətlərin sabitlik və əməkdaşlıq içərisində yaşaması kimi əhəmiyyətli dəyərləri müdafiə etməliyik”.

Mollazadə davam edir: 

"Bizim əməkdaşlıqğımız hər hansı başqa ölkəyə qarşı yönəlməyib. Bizim əməkdaşlığımız özümüzü başqa qüvvələrdən qorumaq üçündür… bu sülh üçün əməkdaşlıqdır”.

İsrailin Azərbaycanda səfirliyi 2012-ci ildə açılıb. Makili-Əliyev bildirir ki, "geopolitik reallığa” görə, Azərbaycan eyni addımı ata bilmir. Ancaq Azərbaycan öz dostlarını yaxşı tanıyır. 

"İran Azərbaycandan daha çox, Ermənistanı dəstəkləyir. Biz isə öz növbəmizdə İsrailə daha çox bağlıyıq”, - Makili-Əliyev deyir. 

Əlaqələrdəki növbəti addım: turizmi genişləndirməkdir. Azərbaycan yeganə ölkələrdən biriydi ki, keçən il Ülgüc Müdafiə Əməliyyatı zamanı İsrailə hava reyslərini dayandırmamışdı. Makili-Əliyev həmçinin qeyd edir ki, Azərbaycandan İsrailə ziyarət üçün viza almaq indi hər zamankından daha asandır. 

"Əlaqələr genişlənir və dərinləşir”, - Harpaz deyir. 

Makili-Əliyev əlavə edir: "Əlaqələr dinamikdir və mən əminəm ki, davam edəcək”. 

Tərcümə: Emin

www.jewishpress.com/indepth/analysis/azerbaijan-israel-a-covert-but-strategic-relationship/2015/09/17/



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM