Azərbaycan Kikboksinq Federasiyasında (AKF) yeni təyinat olub.
Anews.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilib ki, Aydın Əhmədov AKF-nin peşəkarlar üzrə vitse-prezidenti vəzifəsini icra edəcək.
AKF-nin prezidenti, millət vəkili Adil Əliyev bildirib ki, qurumun fəaliyyətinin gücləndirilməsi istiqamətində bu cür təyinatlar gələcəkdə də olacaq:
"Sıralarımız genişlənir. "Euro Fight” klubunun direktoru Aydın Əhmədov Azərbaycan Kikboksinq Federasiyasında peşəkarlar üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Bundan sonra da federasiyamızın fəaliyyətinin gücləndirilməsi istiqamətində belə təyinatlar olacaq. Əsas məqsəd cəmiyyətdə idmana olana marağı artırmaqdır”.
Qeyd edək ki, Aydın Əhmədov AKF-nin tərkibində yer alan "Euro Fight” klubunun direktoru olmaqla yanaşı, "Premium Travel” şirkətinin rəhbəridir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !