Azərbaycan klubları erməni komandaları birgə eyni liqada çıxış edə bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadən məlumatınba görə, belə bir təklifi “Dinamo-Kazan” klubunun baş məşqçisi, erməni Araik Marqaryan səsləndirib. Onun sözlərinə görə, otüstü hokkeyin populyarlığı aşağı düşdüyündən, postsovet məkanında olan klubları bir liqada oynatmaq lazımdır: "Keçmiş SSRİ komandalarını özündə birləşdirən liqa yaradılmalıdır. Çünki, bu problem başqa ölkələrdə də var. Belarusda, Ukraynada, Azərbaycanda və Qazaxıstanda da yaxşı klublar var. Polşa və Çexiya klublarını da bu liqaya gətirmək olar. 10 komandanın iştirakı ilə kifayət qədər maraqlı bir çempionat təşkil etmək olar".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !