Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

Olimpiadaya Azercell-in dəstəyi ilə hazırlaşan
məktəblilər Mərkəzi Avropa İnformatika Olimpiadasında 1 gümüş və 1 bürünc medalla
təltif ediliblər
Şagirdlərimizi təbrik edir və uğurlarının
davamlı olmasını arzu edirik!
www.anews.az
Çexiyanın Brno şəhərində proqramlaşdırma
üzrə Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI 2024) keçirilib. 11 ölkədən
60-a yaxın məktəblinin qatıldığı bilik müsabiqəsində Azərbaycan uğurla təmsil
olunub. Belə ki, Bakı şəhəri, Akademik Zərifə
Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Türkiyə Dəyanət
Vəqfi Bakı Türk Liseyi 10-cu sinif şagirdi Tahir Əliyev bürünc medal əldə ediblər.
1994-cü ildən etibarən keçirilən CEOI regionda
ən nüfuzlu proqramlaşdırma yarışmalarından biri hesab olunur. Müsabiqə xüsusi
olaraq iştirakçıların alqoritmik məsələlərin həlli, analitik düşüncə və proqramlaşdırma
bacarıqlarını dəyərləndirilir.
Qeyd edək ki, 2017-ci ildən etibarən
informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell
Telekom”-un Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata
keçirilir. Bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif
miqyaslı proqramlaşdırma müsabiqələrində ölkəmizi uğurla təmsil edərək ümumilikdə
72 medal qazanıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 