Gəncədə yaşayış binasında yanğın olub

Gəncədə yaşayış binasında yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.
Faxrəddin Hüseynova məxsus beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin mətbəx hissəsi tamamilə yanıb.
Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən avtomobili və canlı qüvvə cəlb edilib.
Görülən tədbirlər nəticəsində alovun qarşısı alınıb və yanğın söndürülüb.
Faktla bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























