Azərbaycan millisi futbolçu itkisi ilə üzləşdi

14:00 | 04.10.2017
Azərbaycan millisi futbolçu itkisi ilə üzləşdi

Azərbaycan millisi futbolçu itkisi ilə üzləşdi

Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib. 

anews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədəli olduğü üçün heyətdən çıxarılıb. 

O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib. 

Qeyd edək ki, Azərbaycan yığması Çexiya ilə oktyabrın 5-də, Bakıda qarşılaşacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM