Azərbaycan mobil internetə qoşulmada irəliləyib

18:32 | 02.07.2024
Azərbaycan mobil internetə qoşulmada irəliləyib

Azərbaycan mobil internetə qoşulmada irəliləyib

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, GSM Assosiasiyası 2023-cü il üçün "Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrə dünya əhalisinin 99 %-nin mobil internetə qoşulması üzrə göstəriciləri əhatə edir.

Hesabata görə, Azərbaycan ötən il mobil internetə qoşulma üzrə 69,33 indeks xalı toplayıb. Bu da 2022-ci illə müqayisədə artım deməkdir.
Eyni zamanda 2023-cü ilin göstəricilərinə görə, Azərbaycan "Mobile Connectivity Index” üzrə "Keçid” (Transitioner) qrupundan, "İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti