Azərbaycan nefti 1 dollara qədər bahalaşıb

10:47 | 19.10.2015
Azərbaycan nefti 1 dollara qədər bahalaşıb

Azərbaycan nefti 1 dollara qədər bahalaşıb

 Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,94 dollar yaxud 1,85% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,65 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM