Azərbaycan nümayəndə heyəti AŞ PA-nın qış sessiyasına gedir

11:37 | 24.01.2014
Azərbaycan nümayəndə heyəti AŞ PA-nın qış sessiyasına gedir

Azərbaycan nümayəndə heyəti AŞ PA-nın qış sessiyasına gedir

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) parlamenti nümayəndə heyəti qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 26-da Fransanın Strasburq şəhərinə səfərə yola düşəcək.Parlamentdən APA-ya verilən məlumata görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Fazil Mustafa, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Fəzail İbrahimli, Elxan Süleymanov və Aydın Abbasov daxildir. AŞPA-nın bu sessiyasında dünya ölkələrində baş verən hadisələrə nəzər salınacaq. “Suriya qaçqınlarına beynəlxalq yardımın təşkili və yardıma dəstək”, “İnsan hüquqlarının pozulmasına görə beynəlxalq təşkilatların məsuliyyəti”, “Avropada irqçilik və dözümsüzlüklə mübarizə strategiyasının formalaşdırılması”, “Avropa Şurasının demokratiya üzrə tərəfdaşı kimi Fələstin Milli Şurasının son dövrlərdəki fəaliyyətinin dəyərləndirilməsi”, “Avropadakı miqrantların problemləri” və s. mövzularda məruzələr dinləniləcək. Qurumun aktual saydığı problemlər sırasında Rusiyada Sergey Maqnitski ilə bağlı məsələyə də diqqət yetiriləcək. İclasda “İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri” məsələsi gündəmdə olacaq. “Enerji diversifikasiyası davamlı inkişafa əsaslı töhfə kimi” mövzusu nəzərdən keçiriləcək. Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri müzakirələrdə fəal iştirak edəcək, məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər. Səfər fevralın 1-də başa çatacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti