Ombudsman Laçında saxlanılan erməni futbolçularla görüşdü

19:06 | 29.08.2023
Ombudsman Laçında saxlanılan erməni futbolçularla görüşdü

Ombudsman Laçında saxlanılan erməni futbolçularla görüşdü

Ombudsman Səbinə Əliyeva və onun Milli Preventiv Qrupunun (MPQ) üzvləri Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan 3 nəfər – Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryana baş çəkiblər.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

"Ombudsman konfidensial qəbul zamanı həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib. Eyni zamanda, onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib.

Qəbul edilmiş şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib.

İnzibati qaydada həbs edilmiş şəxslərə hüquqları, Azərbaycan Ombudsmanının səlahiyyətləri izah edilib, Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər, öz dillərində insan hüquqları sahəsində qanunvericilik aktları və beynəlxalq sənədlər təqdim edilib”, - məlumatda deyilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti