Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Human Rights Watch (HRW) icraçı direktoruna açıq məktub ünvanlayaraq təşkilatın son hesabatı ilə razı olmadığını bildirib. Bu barədə ombudsman Aparatının mətbuat xidməti məlumat verib.
"HRW etibarsız və qərəzli mənbələrə əsaslanıb, Ombudsman təsisatının illik və paralel hesabatları tamamilə nəzərə alınmayıb", - ombusmanın məktubunda bildirilib.
2025-ci ild yanvarın 16da ə Human Rights Watch illik hesabatı dərc edib. Hesabatda Azərbaycanda repressiyaların gücləndiyi, jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbs edildiyi bildirilir.
Sənəddə qeyd olunub ki, hakimiyyət siyasi motivli ittihamlarla həbsləri davam etdirir, söz, toplaşma və birləşmə azadlığını məhdudlaşdırır.
HRW həmçinin bildirib ki, 2024-cü ildə Azərbaycanda keçirilən növbədənkənar prezident və parlament seçkiləri azad və ədalətli seçkilər üçün tələb olunan beynəlxalq standartlara cavab verməyib. Beynəlxalq müşahidəçilər rəqabətin olmamasını və tənqidi səslərin sıxışdırıldığını qeyd ediblər.
HRW hesabatında Azərbaycanda müstəqil mediaya qarşı təzyiqlərin artdığı vurğulanıb. Abzas Media, Toplum TV və Kanal 13 kimi müstəqil media qurumlarının əməkdaşlarının qaçaqmalçılıq ittihamları ilə həbs edildiyi bildirilib.
Məlumata görə, 2024-cü ilin sonuna qədər Azərbaycanda azı 12 jurnalist həbsdə olub.
Hesabatda həbsxanalarda işgəncələr və pis rəftar halları da qeyd edilib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !