Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclüsü oldu: dünyada neçənciyik?

17:06 | 29.03.2019
Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclüsü oldu: dünyada neçənciyik?

Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclüsü oldu: dünyada neçənciyik?

"Global Firepower” təşkilatı dünya ölkələri ordularının reytinq cədvəlini açıqlayıb.


 Azərbaycan ordusu 2019-cu ilin reytinqində dünya üzrə 52-ci yeri tutub. 


Ordumuz Cənubi Qafqazın ən güclücü olub. Digər Cənubi Qafqaz ölkələrinə gəlincə, Gürcüstan dünyada 85-ci, Ermənistan isə 96-cıdır.


Qeyd edək ki, dünyanın ən güclü ordusu ABŞ-a məxsusdur. Rusiya siyahının 2-ci, Çin 3-cü pilləsində qərarlaşıb. İlk "onluq"da həmçinin ardıcıl olaraq Hindistan, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya, Türkiyə və Almaniya qərarlaşıb.


Türkiyə ordusu NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yeri tutur. 


Qonşularımızdan İran 14-cü yerdə qərarlaşıb. 


137 ölkənin daxil olduğu siyahıda sonuncu yerdə Butan qərarlaşıb. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti