Azərbaycan Pekində 12-ci oldu

15:06 | 20.12.2013
Azərbaycan Pekində 12-ci oldu

Azərbaycan Pekində 12-ci oldu

Pekində Ümumdünya intellektual oyunları başa çatıb.ANN.Az Azerisport.az-a istinadən xəbər verir ki, beş idman növünün daxil olduğu yarışda Azərbaycan iki şahmatçı -Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov ilə təmsil olunub.Şahmatçılarımız üç növdə qüvvəsini sınayıb. Ancaq bir növdə - gözübağlı şahmatda Şəhriyar Məmmədyarov gümüş medal qazanıb. Bu uğur Azərbaycana 12-ci pillədə qərar tutmağa kömək edib.Komandamız yekunlara əsasən, Ermənistan, Belarus, Macarıstan, Hollandiya və Vyetnamla eyni pilləni bölüşüb. Ümumilikdə yarışda 22 ölkədən olan idmançı medallara sahib çıxıb.Birinci pilləni Çin (9 qızıl, 7 bürünc, 5 bürünc) yığması tutub. Rusiya ikinci (6 qızıl, 3 bürünc, 5 bürünc), Monako üçüncü (2 qızıl, 1 bürünc) olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb