• $
  • €
  • ₽
  • ₺
  • £

UFC Bakıda ilk dəfə keçirilir

UFC Bakıda ilk dəfə keçirilir
21.06.2025 10:18

Qarışıq döyüş sənətlərinin (MMA) ən nüfuzlu təşkilatı olan UFC bu gün tarixində ilk dəfə olaraq Azərbaycanda turnir keçirir. “UFC Fight Night” tədbiri axşam saatlarında “Baku Crystal Hall”da baş tutacaq.

Gecənin əsas döyüşündə amerikalı döyüşçülər – keçmiş yüngül-ağır çəki çempionu və reytinqdə 4-cü pillədə qərarlaşan Camaal Hill 7-ci pillədə olan Xalil Rauntree ilə qarşılaşacaq.

Tədbirdə azərbaycanlı azarkeşlərin əsas diqqəti üç yerli döyüşçüyə yönəlib. “Ataman” ləqəbli Rafael Fiziev yüngül çəki dərəcəsində (70 kq) çilili İqnacio Baamondeslə qarşılaşacaq. 11-ci yerdə olan Fiziev son üç döyüşündə uduzub və doğma publika qarşısında uğursuz seriyanı qırmağa çalışacaq.

UFC-də debüt edəcək daha bir azərbaycanlı, keçmiş Rizin çempionu Tofiq Musayev olacaq. O, kirgiziyalı Mıktybek Orolbay ilə üz-üzə gələcək. Döyüş aralıq çəki dərəcəsində (75 kq) baş tutacaq, çünki Orolbay yüngül çəki limitini aşa bilməyib. Musayevin MMA-da 22 qələbəsi (18-i nokautla) və 5 məğlubiyyəti var.

Gecədə ilk olaraq oktaqona çıxacaq azərbaycanlı isə Nazim Sadıxovdur. Onun rəqibi braziliyalı Nikolas Motta olacaq. Sadıxov UFC-də keçirdiyi dörd döyüşdə 3 qələbə və 1 heç-heçə əldə edib.

Bakıda keçirilən UFC turnirinə məşhur simalar da qatılıb. Aralarında Həbib Nurməhəmmədov, İslam Maxaçev, Merab Dvalişvili, Umar Nurməhəmmədov və Maykl Bispinq də var.

Tədbirin ilkin döyüşləri saat 20:00-da, əsas döyüşlər isə 23:00-da başlayacaq.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol