• $
  • €
  • ₽
  • ₺
  • £

Media və Yayım Şurası sosial şəbəkələrdə koordinasiyalı fəaliyyət barədə xəbərdarlıq edib

Media və Yayım Şurası sosial şəbəkələrdə koordinasiyalı fəaliyyət barədə xəbərdarlıq edib
12.10.2026 19:21

Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiqlənməsi dünyəvi təhsil prinsipinin və təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir.Bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, bəzi dairələr məsələni qərəzli şəkildə siyasiləşdirməyə, dini müstəviyə çəkməyə və süni ictimai gərginlik yaratmağa çalışır.

Şuranın məlumatına görə, xüsusilə sosial media platformalarında koordinasiyalı fəaliyyət müşahidə olunur. Eyni və ya oxşar məzmunlu paylaşımların, neqativ şərh və reaksiyaların qısa müddətdə kütləvi şəkildə yayılması, eləcə də ictimai qaydanı pozmağa çağırışlar diqqət çəkir.

Açıqlamada bu halların trol hücumları və ölkə xaricindən vahid mərkəzdən idarə olunan informasiya manipulyasiyası ilə əlaqəli olduğuna dair ciddi əsasların olduğu bildirilib. Şuranın fikrincə, məqsəd ictimai rəyi təhrif etmək, süni narazılıq görüntüsü yaratmaq və mövzunu siyasi məqsədlər üçün istifadə etməkdir.

Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial şəbəkə istifadəçilərini şübhəli hesabların koordinasiyalı fəaliyyətinə qarşı diqqətli olmağa, manipulyativ məzmunu yoxlamadan paylaşmamağa və süni informasiya dalğalarının təsirinə düşməməyə çağırıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol