"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda "Sabah" və Çexiyanın "Slaviya" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa hakim təyinatları açıqlanıb.
Qarşılaşmanın baş hakimi avstriyalı Sebastian Qişamer olacaq.
Ona həmyerliləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək.
VAR hakimi Alan Kiyas, AVAR hakimi isə Yozef Şpurni olacaq.
Qarşılaşma oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Son xəbərlər
Daha çox