• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
12.10.2026 21:09

Dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlər üçün müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin yoxlanılmasına başlanılıb.Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, monitorinqlər zamanı şagirdlərin məktəbli forması, müəllimlərin isə pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına əməl etməsi araşdırılır.

Eyni zamanda, məktəblərdə qaydaların icrasına nəzarətin təşkili və bu barədə maarifləndirmə işlərinin aparılması da diqqətdə saxlanılır.

İdarənin məlumatına görə, geyim tələblərinə uyğun olmayan hallar aşkarlandıqda məktəb rəhbərliyi şagirdlər və müəllimlərlə profilaktik və maarifləndirici söhbətlər aparıb, zəruri hallarda valideynləri məktəbə dəvət edib.

Bununla yanaşı, müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagird və müəllimlərin dərslərə buraxılmadığı hallar da qeydə alınıb.

Açıqlamada bəzi məktəblərdə tədris mühitinə uyğun olmayan davranışların müşahidə edildiyi, bunun dərs prosesinə maneələr yaratdığı və məktəb əmlakına ziyan vurulması ilə nəticələndiyi bildirilib. Həmçinin geyim qaydalarının icrası ilə əlaqədar müəllimlərə və məktəb rəhbərliyinə qarşı təzyiq və təhdid hallarının olduğu qeyd edilib.

İdarədən bildirilib ki, geyim qaydalarının icrasına nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər davam etdiriləcək.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol