• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycan Premium Euro-95 markalı benzinin idxalını azaldıb

Azərbaycan Premium Euro-95 markalı benzinin idxalını azaldıb
29.03.2023 21:15
2023-cü ilin yanvarında Azərbaycan 2459,89 ton Premium Euro-95 markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin yanvarı ilə müqayisədə 49,1% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.  

İdxal edilən Premium Euro-95 markalı benzinin dəyəri 2 milyon 489,78 min dollar (azalma 38,3%) təşkil edib və əsasən Rusiyadan alınıb. 

2022-ci ilin yanvarı ilə müqayisədə Rusiyadan bu markalı benzinin idxalı kəmiyyət ifadəsində 24,5%, dəyər ifadəsində isə 43,9% artıb.

2022-ci ilin yanvarında Azərbaycan Premium Euro-95 markalı benzini əsasən Rumıniyadan idxal edib.

Statistikaya görə, 2023-cü ilin yanvarında Azərbaycana Super Euro-98 markalı benzin idxal edilməyib.

2022-ci ildə Azərbaycan 102 540 180 ABŞ dolları məbləğində (azalma 7,7%) 99 490,98 ton Premium Euro-95 (32,5% azalma) avtomobil benzini idxal edib. "Premium Euro-95” markalı benzinin Azərbaycana idxalının 73,4%-i Rusiyanın payına düşüb.

Azərbaycana Super Euro-98 markalı avtomobil benzininin idxalı 2 milyon 52 490 dollara (azalma 14,3%) 1670,95 ton (37,8% azalma) təşkil edib.

Azərbaycana "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzinlərinin idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.

Hazırda Azərbaycanın daxili bazarında "Premium Euro-95” markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün  2 manat, "Super Euro-98” markalı benzinin pərakəndə satış qiyməti 2,3 manatdır.
 

N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
İqtisadiyyat 16:00
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
İqtisadiyyat 15:26
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Avro və rubl azalıb - Günün məzənnəsi
İqtisadiyyat 09:12
Avro və rubl azalıb - Günün məzənnəsi
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol