Azərbaycanın Baş Prokurorluğu Xankəndində yaşayan Karen Matevosyanın videomüraciətindən sonra ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açıb.
Baş Prokurorluğun İstintaq İdarəsi avqustun 21-də Telegram kanalda rus dilində dərc edilmiş videomüraciət və digər internet informasiya resursları əsasında araşdırma aparıb.
Baş Prokurorluqdan bildirilib ki, araşdırma zamanı müəyyən edilib ki, "Matevosyan videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli insanlara istinad edərək, bu ərazini qanunsuz dövlət qurumlarının olduğu ərazi adlandırıb.
"Daha sonra o, Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan və ölkəmizin Silahlı Qüvvələrinin tərkibinə daxil olmayan Yerli Özünümüdafiə Qoşunları silahlı birləşməsinin komandiri olduğunu, habelə hərbi əməliyyatlarda iştirak etdiyini açıq şəkildə bildirib”, - prokurorluq əlavə edib.
Bundan başqa, Baş Prokurorluğun sözlərinə görə, o, Azərbaycan xalqına qarşı nifrətdən ibarət çıxış edib, azərbaycanlıları düşmən adlandırıb.
"Azərbaycan xalqınn milli ləyaqətinin alçaldılmasına yönəlmiş fikirlər səsləndirib, Xankəndi və onun ətrafında yaşayan erməni əsilli insanları bu cinayətlərdən çəkinməyə çağırıb. Azərbaycanlılara qarşı mübarizə aparmaq üçün birləşmək lazımdır deyi", -bəyanatda deyilib.
Qeyd olunanlar əsasında avqustun 22-də Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr və dəstələr yaratma) və 283.1 (Milli ədavətin və düşmənçiliyin salınması) maddələri cinayət işi başlanıb.
İbtidai istintaq Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !