"Azərbaycan qazı qiymətlərin enməsinə kömək edəcək"

14:25 | 29.06.2015

"Azərbaycan qazı qiymətlərin enməsinə kömək edəcək"

Bolqarıstan prezidenti Rosen Plevneliyev Azərbaycan təbii qazının mənbələrinin diversifikasiyasına kömək edəcək, Oxu.Az bolqar KİV-nə istinadən xəbər verir.   

"Bolqarıstan diversifikasiya üçün mümkün olan hər şeyi edir, Azərbaycan isə bu istiqamətdə bizim strateji tərəfdaşımızdır”, - Plevneliyev Bakıda iyun ayının 28-də İlham Əliyev ilə görüşdə bəyan edib.

Plevneliyev vurğulayıb ki, Bolqarıstanın strateji məqsədi bir təchizatçının inhisarından asılı olmaq deyil, müxtəlif qaz mənbələrinə sahib olmaqdır.

"Sirr deyil ki, Bolqarıstan baha qiymətə təbii qaz almaqda davam edir. Bolqarlar və bizim industriya buna layiq deyil. Ucuz qiymətlər yeni iş yerləri açmağa və bolqar industriyasının gəlirlərini artırmağa yardım edə bilər”, - prezident bəyan edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM