"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına fevralın 22-dən başlanacaq və bilet sayına məhdudiyyət qoyulmayacaq, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.
Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azərkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 manat, üç günlük tribuna biletləri 280 - 970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 manat aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.
Bu ilki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq.
Tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb ediləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !