• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

“Azərbaycanı razı salmaq lazımdır” - Putinin komandası

“Azərbaycanı razı salmaq lazımdır” - Putinin komandası
09.08.2014 14:03
“Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olmalıdır. Bu görüşdə Azərbaycanı mütləq razı salmaq lazımdır. Çünki Azərbaycan bizə lazımdır, bizim strateji qonşumuzdur. Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri  avqustun 8-də Moskvada şəhər meriyası tərəfindən “İnşaatçı günü” ilə əlaqədar keçirilən rəsmi mərasimdə “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Vladimir Yakunin deyib. Vladimir Yakunin bildirib ki, Azərbaycan Rusiyanın bölgədə iqtisadi və strateji müttəfiqidir: “Qərbi Avropa Ukrayna hadisələrindən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Onlar bununla Rusiyanı sarsıtmaq istəyirlər. Ancaq bu mümkün olmayacaq. Soçidə prezidentlərin görüşündə Azərbaycanı mütləq razı salmaq lazımdır. Çünki, Azərbaycana bizə lazımdır, bizim strateji qonşumuzudur. Azərbaycan həm də Rusiyanın Türkiyə ilə əməkdaşlığında mühüm rol oynayır. Biz hələ çox əməkdaşlıq edəcəyik. Digər tərəfdən isə yeni müharibənin başlaması Ermənistan üçün əsla faydalı olmaz”. Bundan əlavə, tədbirdə Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Federasiyasının tikinti, mənzil və kommunal xidmətlər naziri Mixail Men, Dövlət Dumasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirdə Rusiyada yaşayan azərbaycanlı iş adamı, Dünya Azərbaycanlıları Konqresinin Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyev də iştirak edib.    Rusiyanın dövlət rəsmiləri çıxışlarında Soçidə Azərbaycan və Ermənistan prezidentləri arasında planlaşdırılan görüşün əhəmiyyətinə də toxunublar.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Siyasət 21:27
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər edib
Siyasət 21:10
Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər edib
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
Siyasət 18:10
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
XİN Abu-Dabuidəki görüşlə bağlı açıqlama yayıb
Siyasət 15:09
XİN Abu-Dabuidəki görüşlə bağlı açıqlama yayıb
Görüşdə Zəngəzur dəhlizinin açılması müzakirə olunub
Siyasət 14:20
Görüşdə Zəngəzur dəhlizinin açılması müzakirə olunub
İlham Əliyevlə Paşinyanın görüşü bitib -YENİLƏNİB
Siyasət 14:04
İlham Əliyevlə Paşinyanın görüşü bitib -YENİLƏNİB
Rusiya BƏƏ-də keçirilən Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir – Peskov
Siyasət 13:35
Rusiya BƏƏ-də keçirilən Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir – Peskov
Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib
Siyasət 10:16
Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib
Azərbaycan diaspor rəhbəri Rusiyadan deportasiya edildi
Siyasət 08:42
Azərbaycan diaspor rəhbəri Rusiyadan deportasiya edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol