Azərbaycan reytinqdə gerilədi

15:06 | 15.01.2014
Azərbaycan reytinqdə gerilədi

Azərbaycan reytinqdə gerilədi

2013-cü ilin yekunlarına görə, yenilənmiş UEFA Fair Play reytinqi açıqlanıb.ANN.Az Azerisport.az-a istinadən xəbər verir ki, ölkəmiz siyahıda 14 pillə geriləyib.Ötən reytinq cədvəlində 32-ci pillədə qərarlaşmış Azərbaycan bu dəfə 46-cı sıraya enib. Ölkəmizin hesabında 7,412 bal var. İlk üçlüyə Finlandiya (8,244 bal), Norveç (8,240 bal) və İsveç (8,171 bal) sahiblik edir.Yekun reytinq siyahısında komandaları UEFA yarışlarında 30 oyundan az görüş keçirməyən ölkələrin nəticələri əks olunur. Balların hesablanması UEFA bayrağı altında keçirilmiş yarışlarda klub və milli komandaların oyunlarını izləyən rəyasət heyətinin qiymətləri əsasında tərtib edilir.Yekunlara görə ilk üçlükdə qərarlaşmış hər assosiasiyaya UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində bir yer ayrılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür