Şoyqunun Azərbaycana səfəri yaxşı fürsətdir - İlham Əliyev

12:53 | 06.08.2024
Şoyqunun Azərbaycana səfəri yaxşı fürsətdir - İlham Əliyev

Şoyqunun Azərbaycana səfəri yaxşı fürsətdir - İlham Əliyev

Şoyqunun Azərbaycana səfəri ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Bunu Azərbaycan Respublikasının Prezodenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edərkən deyib.

Regional proseslərin müzakirəsi üçün Azərbaycan və Rusiya arasında təmasların vacibliyini qeyd edən Prezident vurğuyıb ki, , Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir və bu, təmaslarda, o cümlədən ən yüksək səviyyədə, ölkələr arasında imzalanan sənədlər və yol xəritələrində, təhlükəsizlik, nəqliyyat, enerji, hərbi-texniki sahələrdə əməkdaşlıqda özünü göstərir.
 
Əliyev qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə bu istiqamətdə mütəmadi olaraq müzakirələr aparılır

Onun sözlərinə görə, hökumətlərarası komissiya (iqtisadi əməkdaşlıq üzrə) fəal işləyir və onun iclası yaxın vaxtlarda Bakıda keçiriləcək.

"Azərbaycan-Rusiya münasibətləri qonşu dövlətlər üçün nümunədir. Təhlükəsizlik, o cümlədən Cənubi Qafqazda mühüm amildir",  -  Əliyev deyib..
 
Şoyqu da öz növbəsində Azərbaycan-Rusiya əlaqələrinin regional təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq, nəqliyyat və iqtisadiyyat sahələrində uğurla inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın gündəliyinə uğurla həll olunan çox mühüm məsələlər daxildir. Bu baxımdan o, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində görülən işləri xüsusi qeyd edib.

Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini dəstəkləyir.

Görüşdə "3+3” regional əməkdaşlıq formatının perspektivləri də müzakirə olunub. 
 
N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür