• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycan sülhpərvərliyi və dözümlüyü Avropa Parlamentində - FOTO

Azərbaycan sülhpərvərliyi və dözümlüyü Avropa Parlamentində - FOTO
14.02.2014 16:02
"Azərbaycan: Dünyanın vətəni" - Azərbaycanın ənənəsini, həyatını, mədəniyyətini və tarixini göstərən 100 şəkildən ibarət çox gözəl pulsuz sərgidir və bu sərgi fevralın 11-də Avropa Parlamentində açıldı. Onun açılışı Avropa-Azərbaycan Cəmiyyətinin Belçika ofisində (TEAS) avroparlamentin üzvü Niki Tzavela (EFD, Yunanıstan) ilə əməkdaşlıq əsnasında keçdi.  Şəkillərin seçimi bu qərbyönümlü, kosmopolit, öz dini dözümlülüyü ilə məşhur olan dünyəvi ölkədə gündəlik həyatı çox gözəl təsvir edirdi.Avropa Parlamentinin (MEPs) 400-dən çox üzvü, Avropa Şurasının üzvləri, diplomatlar, parlamentin Avropa tədqiqatçıları və jurnalistlər açılışda iştirak etdilər. Avropa Parlamentinin üzvü Fiorello Provera (EFD, İtaliya) sərginin çox gözəl və unikal olduğunu deyib:  “Bu sərgi Avropa üçün əhəmiyyəti artmaqda davam edən Azərbaycanı sizə təqdim edəcək. Dekabrda Avropa Birliyi və Azərbaycan Məsləhət Şurasının gedişatında siyasi dialoqu, energetikanı, siyasəti, ticarəti, investisiyaları və mədəni əməkdaşlığı əhatə edən əhəmiyyətli razılaşmalar imzalayıb”.Deputat öz çıxışını belə davam etdirib: "Azərbaycan və Avropa Birliyi əsasən energetika məsələləri üzrə birləşirlər və mənim ölkəm - İtaliya - indi Azərbaycan üçün çox əhəmiyyətli partnyordur. Ancaq bu ölkəyə yalnız qaz və neftin mənbəyi kimi baxılmamalıdır. Siz, həmçinin, görəcəksiniz ki, bu qədim torpağın gözəl mənzərələri, dağları və şəhərləri var. Missis Tzavela bu sərgini azərbaycanlıların dözümünü və sülhpərvərliyini nümayiş etdirmək üçün təşkil etdi və bu, bir çox şəkillərdən görünür. Siz həmçinin görəcəksiniz ki, Azərbaycan bir çox irqlər və dinlər üçün böyük evdir və bu Şərq-Qərb arasında körpüdür - ümumiyyətlə, bu ölkədə əmin-amanlıq hökm sürür".Azərbaycan Respublikasının Niderland Krallığında səfiri və Avropa Parlamentində Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad İskəndərov açılış tədbirində fikirlərini səsləndirib: "Ölkəmizi Avropa Parlamentinin deputatlarına və başqa dostlara təqdim etmək böyük şərəfdir. 2013-cü ilin dekabrında Azərbaycan höküməti və bp arasında son investisiya qərarı (FID) imzalandı – bu da “Şahdəniz” konsorsiumunun Cənubi Qaz Dəhlizinin tikintisini reallığa çevirir. Növbəti bir neçə ildə Azərbaycan qazı dünyanın ən bahalı infrastrukturlarından keçməklə Avropaya hərəkət edəcək. Cənub dəhlizinin inkişafı Avropa istehlakçıları üçün qaza olan qiymətlərin azalmasına kömək edəcək”.Diplomat əlavə edib ki, Azərbaycan və Avropa Birliyi ölkələri bir çox ümumi dəyərlərə malikdirlər və bu, Avropa Birliyi ailəsiylə inteqrasiyanı göstərir: “Xatırlamaq lazımdır ki, Dağlıq Qarabağ ətrafında davam edən erməni-Azərbaycan münaqişəsinə, 1992-ci ilin 26 fevralında Xocalıda 613 kişinin, qadının və uşağın həlak olması ilə nəticələnmiş vəhşiliyə baxmayaraq Azərbaycan öz sabitliyini saxlamağı və inkişaf etməyi bacardı. Azərbaycan çox ölkələrlə əla münasibətlərə malikdir və yaxşı niyyətlə bu münaqişənin həllinə nail olmağa çalışır".Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri, doktor Asim Mollazadə bu tədbirin Avropa Parlamentində baş tutmasını xarakterik hal kimi dəyərləndirib: “Çünki Avropa Azərbaycan üçün əhəmiyyətli regiondur. Bizim Avropa Birliyi ilə demokratiya, insan hüquqları və qanunun aliliyi kimi ümumi dəyərlərimiz var. Azərbaycan ərazisinin böyük bir hissəsi erməni işğalı altında qalır və xatırlamaq lazımdır ki, fevral ayı Xocalı faciəsinin il dönümü ilə əlaqədar olaraq Azərbaycan xalqı üçün çox ağır aydır”. A.Mollazadə onu da bildirib ki, Azərbaycan ədalətə və qanunun aliliyinə hörmət edən ölkə kimi Brüsseldə təqdim edilib: “Bütün beynəlxalq sənədlər Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycanın mövqeyini dəstəkləyir və biz gözləyirik ki, Avropa Birliyi də bu məsələyə diqqət yönəldəcək, ədalətə nail olacaq.Azərbaycan həmişə qərbə can atırdı və şərqlə Avropa mədəniyyətini birləşdirmiş ilk ölkə regionda Azərbaycan sayılır. Hazırda Azərbaycan qara qızıldan gələn gəlirləri insan qızılına çevirməli və tam ölçüdə Avropa dəyərlərini mənimsəməlidir".İslam Əməkdaşlığı Təşkilinin (OİS) missiya başçısı səfir Arif Məmmədov sərgiyə heyran qaldığını dilə gətirib: “Bununla belə, rənglər bizim dünyamızın hər aspektini doldurmur - bəzi ağ-qara tonlar var və əzablar da ən çox ağ-qara tonlarla təsvir edilir. Əzab çəkənləri tanımaq və Xocalı soyqırımını etnik təmizləmənin başqa nümunələriylə yanaşı xatırlamaq lazımdır".Belçikanın TEAS rəhbəri D-r Roman Xunanın fikrincə, bu şəkillər Azərbaycan zehninin, ənənələrinin və dəyərlərinin ayrılmaz elementi olan sülhpərvərliyi təsvir edir: “Brüsseldə Azərbaycan hazırda Avropa səhnəsinə cəlb edilib. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi fövqəladə ciddi idi və bu sərgi bizə qurbanları xatırlamağa kömək edir".Açılış zamanı Azərbaycandan olan skripkaçısı doktor Səbinə Rakçeeva musiqi ifa edib, o, Nyu-Yorkda  yerləşən Culyard məktəbinin ilk azərbaycanlı məzunu hesab olunur. Londonun Deko ansamblıyla birlikdə o, Argentina bəstəkarı Astor Pyassollanın, Vaqif Mustafazadənin və həmçinin, ənənəvi Azərbaycan musiqisini qonaqlara təqdim edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Siyasət 19:39
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Siyasət 23:27
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Siyasət 19:24
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
Siyasət 19:38
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
İlham Əliyev görüşlər keçirdi - Foto
Siyasət 19:24
İlham Əliyev görüşlər keçirdi - Foto
Liderlərin görüşü başladı - Fotolar
Siyasət 22:12
Liderlərin görüşü başladı - Fotolar
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Siyasət 18:54
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Siyasət 21:16
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Siyasət 23:48
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol