Voleybol üzrə Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan VIII turun oyunları "Azərreyl” – "Abşeron” və UNEC – "Murov başqa tarixə dəyişdirilib, bu barədə Federasiyanın mətbuat xidmətindən verilən məlumat verib.
Səbəb "Azərreyl” və UNEC-in federasiyaya müraciət ünvanlamalarıdır.
Hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb.
Həkim məsləhəti ilə əlaqədar bu oyunçular bir müddət məşq proseslərindən kənar qalmalıdırlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !