Azərbaycan taekvondoçularının növbəti qələbəsi

20:24 | 04.03.2014
Azərbaycan taekvondoçularının növbəti qələbəsi

Azərbaycan taekvondoçularının növbəti qələbəsi

Bəhreynin paytaxtı Manamada taekvondo üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.Apasport.az xəbər verir ki, Taekvondo Federasiyasından verilən məlumata görə, yarışa 13 idmançı ilə yollanan Azərbaycan millisi vətənə 5 gümüş və 3 bürünc medalla qayıdıb.Belə ki, “Bahrain Open”də Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (53 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyeva (73 kq) və Anastasiya Kan (46 kq) yalnız finalda uduzublar və fəxri kürsünün ikinci pilləsinə qalxıblar.Taekvondoçularımızdan Ayxan Tağızadə (63 kq), İnci Zeynep Sönmez (62 kq) və Patimat Abakarova (49 kq) isə turniri bürünc medalla başa vurublar.Qeyd edək ki, sayca 6-cı olan və 28 ölkədən 400 idmançının qatıldığı turnirdə millimiz komanda hesabında 2-ci yeri tutub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM